KİMSƏSİZ UŞAQLAR PROBLEMİ ATLANTADA MÜZAKİRƏ OLUNMUŞDUR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, simpoziumda əsasən beynəlxalq övladlığa götürülmə məsələləri müzakirə olunmuşdur. Uşaq hüquqları sahəsində çalışan tanınmış mütəxəssislər məruzələrlə çıxış edərək, beynəlxalq övladlığa götürülmənin mexanizmləri, qərar qəbul edilməsi strategiyası və müvafiq informasiya texnologiyaları barədə ətraflı məlumat vermişlər.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşı Zaur Zamanov təmsil etmişdir. O, çıxışında ölkədə bu sahədə olan statistik göstəriciləri, mövcud problemləri simpozium iştirakçılarının diqqətinə çatdırmış, Azərbaycan hökumətinin, o cümlədən ölkədə insan hüquqlarının təmin edilməsini həyata keçirən Ombudsmanın uşaqların hüquqlarının qorunması və sosial vəziyyətinin yaxşılaşdırılması sahəsindəki fəaliyyəti barədə danışmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]