KİPRDƏ REFERENDUM GÖZLƏNİLƏN NƏTİCƏNİ VERDİ
Aprelin 24-də Kipr adasının birləşdirilməsi üzrə BMT baş katibi Kofi Annan tərəfindən hazırlanan planla bağlı yunan və türk icmalarının iştirak etdiyi ümumxalq səsverməsi keçirilmişdir. Referendumdan öncə aparılan rəy sorğusuna görə, yunan tərəfinin bu plana “yox”, türk tərəfinin isə “hə” deyəcəyi gözlənilirdi.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, siyahılara 476000 nəfər yunan, 143000 nəfər türk seçici daxil edilmişdir. Səsvermənin nəticələri gözlənildiyi kimi olmuşdur. İlkin məlumata görə, adada yaşayan yunanların əksəriyyəti planın əleyhinə, türklərin çoxu isə lehinə səs vermişdir.
Avropa Birliyi referendumun nəticələri ilə bağlı bəyanat verərək, Kiprin türk icmasına minnətdarlığını bildirmiş, yunan icmasının mövqeyini təəssüflə qarşılamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:21]
YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər
- 01.10.2026 [13:00]