KİYEVDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ MİNİ-FUTBOL TURNİRİ KEÇİRİLƏCƏKDİR
Bakı, 28 aprel (AZƏRTAC). Mayın 1-də Kiyevin “Temp” stadionunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol turniri keçiriləcəkdir. Yarışda Ukraynanın və Azərbaycanın ən güclü komandaları mübarizə aparacaqlar.
Yarış Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı və Kiyevin Svyatoşinsk rayonu şurası və dövlət administrasiyası, Ukrayna İdman Jurnalistləri Assosiasiyası, Ukrayna Azərbaycanlıları Konqresi, Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun dəstəyi ilə keçirilir.
Turnirin təşkilat komitəsinin rəhbəri Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev və Svyatoşinsk rayonunun başçısı Vladimir Mazepadır.
Turnirin qalibləri kubok, diplom, medallarla təlitif olunacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]