“KOB və startaplarda bacarıqların artırılması” mövzusunda vebinar keçiriləcək
Bakı, 21 oktyabr, AZƏRTAC
“EnterpriseAzerbaijan.com” portalının təşəbbüsü ilə kiçik və orta biznesin inkişafı və startap sahəsində məşhur beynəlxalq konsultant, Malayziya əsilli Fadzilah Ahmad Din tərəfindən “KOB və startaplarda bacarıqların artırılması” mövzusunda vebinar keçiriləcək.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, vebinarda startap layihələrin inkişafı, inkubasiya platformalarının yaradılması, akselerator proqramlarının həyata keçirilməsi, kovorkinqin genişləndirilməsi, beynəlxalq təcrübə mübadiləsinin imkanları, uğurlu startap hekayələri və digər mövzular əhatə olunacaq.
Oktyabrın 28-də, saat 12:00-da keçiriləcək vebinara qoşulmaq üçün aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz: https://us02web.zoom.us/j/89920921856?pwd=d1ZwbGpqRGh6S0VPZndsVm1UZlVOZz09 Meeting ID: 899 2092 1856. Passcode: 801472
Vebinar ingilis dilində keçiriləcək.