KÖÇKÜNLƏRİN SU PROBLEMİ HƏLL OLUNUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, qış yataqlarında əhalini içməli su ilə təmin etmək üçün 16 subartezian quyusu qazılmış, magistral su kəmərində və mərkəzi nasos stansiyasında təmir-bərpa işləri başa çatdırılmışdır. Kür çayı üzərində isə 4 elektrik nasosu qoyulmuş, 10 yaşayış məntəqəsini təsərrüfat suyu ilə təmin etmək üçün dizel mühərriki quraşdırılmışdır.
Qış yataqlarına su xətlərinin çəkilişi davam etdirilir.