KOMANDA 5 MİLYON MANAT MƏBLƏĞİNDƏ CƏRİMƏLƏNMİŞ, OYUNÇU İSƏ ÇEMPİONATDAN KƏNARLAŞDIRILMIŞDIR
AZƏRTAC xəbər verir ki, martın 1-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) nizam-intizam komitəsinin növbəti iclası keçirilmişdir.
İclasda ötən həftə Yevlaxda “Karvan” komandası ilə “Qarabağ” və İmişlidə “MKT-Araz” klubu ilə “İnter” arasındakı oyunlarda baş vermiş hadisələrlə bağlı müzakirələr aparılmışdır. Komitənin qərarına əsasən, “Karvan”ın hücumçusu Zaur Ramazanov hakimlə qeyri-etik davrandığına və onu döydüyünə görə cəzalandırılmışdır. Futbolçu çempionatın sonunadək oyunlardan kənarlaşdırılmışdır. Klub isə 5 milyon manat məbləğində cərimələnmişdir.
İmişlidə “MKT-Araz” komandası ilə paytaxtın “İnter” klubu arasındakı görüşdən sonra ictimai asayiş pozulduğuna və təhlükəsizlik qaydaları təmin olunmadığına görə meydan sahibi 2 milyon manat məbləğində cərimələnmişdir. Qərara əsasən, “MKT-Araz” 15 gün ərzində rəqib komandaya dəymiş ziyanı ödəməlidir. Həmçinin, çempionatın XXI turunda oyun qaydalarını kobud şəkildə pozduqlarına görə qırmızı vərəqə almış futbolçular növbəti görüşü buraxmalı olacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]