Komitə rəsmisi: Hakim vəzifəsinə seçim prosesində 109 namizədlə müsahibə mərhələsi yekunlaşıb
Bakı, 30 noyabr, AZƏRTAC
Hakim vəzifəsinə namizədlərin seçimi müxtəlif mərhələlərdə davam etdirilir. Hazırda 109 namizədlə müsahibə imtahanları yekunlaşdırılıb. Onların nəticələri yaxın vaxtlarda elan olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyeva deyib.
Komitə rəsmisi bildirib ki, nəticələr məlum olduqdan sonra onların qiymətləndirilməsi və ixtisasa uyğunluğu ilə bağlı Hakimlərin Seçki Komitəsi rəyləri Məhkləmə-Hüquq Şurasına təqdim edəcək: “Bu gün test imtahanından müvəffəqiyyətlə keçmiş namizədlər üçün yazılı imtahan keçirilir. Qaydalara uyğun olaraq komitə tərəfindən qapalı iclasda cinayət və mülki sahələrə dair kazus tipli suallar hazırlanıb. Namizədlər müşahidəçilərin iştirakı ilə bu suallar arasından biri mülki, biri isə cinayət sahəsinə aid olmaqla iki kazus seçiblər. Daha sonra həmin kazuslar maddi və prosessual hüquq normalarına əsasən təhlil edilmələri üçün namizədlərə təqdim olunub. Toplanmış ballar ikiyə bölündükdən sonra 60-dan yüksək yekun nəticə göstərən və hər bir sahə üzrə ən azı 40 bal toplayan namizədlər növbəti mərhələyə keçəcəklər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:38]
Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid
- 29.09.2026 [14:34]
Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər
- 29.09.2026 [14:12]
® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb
- 29.09.2026 [12:23]
NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib
- 29.09.2026 [12:20]