Konqresmen Koen Azərbaycan Prezidentinin əfv Sərəncamını alqışlayır
Vaşinqton, 25 oktyabr, AZƏRTACTennessi ştatından konqresmen Stiv Koen Azərbaycan Prezidentinin 80-dən çox məhbusun əfv edilməsi barədə Sərəncamı ilə əlaqədar bəyanatla çıxış edib.
Bəyanatda deyilir ki, bu Sərəncam Azərbaycanın humanist siyasətinin daha bir təsdiqidir.
Stiv Koen deyib: “Azərbaycan Birləşmiş Ştatların dəyərli müttəfiqidir və çox şadam ki, birgə maraqlarımızı təmsil etmək üçün mənim Azərbaycan ilə apardığım işi davam etdirmək perspektivləri var”.
Xatırladaq ki, ABŞ Konqresində Tennessi ştatının 9-cu seçki dairəsini təmsil edən konqresmen Koen ABŞ konqresində Azərbaycan dostluq qrupunun həmsədridir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [08:03]
Xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb VİDEO
- 14.07.2026 [18:29]
Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir
- 13.07.2026 [16:46]