Kriştiano Ronaldodan yeni rekord
Bakı, 2 sentyabr, AZƏRTAC
Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu İran seçməsinin Azərbaycan əsilli sabiq forvardı Əli Daeinin rekordunu qırıb.
AZƏRTAC xəbər verir ki, 36 yaşlı hücumçu buna İrlandiyaya qarşı keçirdikləri 2022-ci il dünya çempionatının seçmə oyununda nail olub.
89-cu dəqiqədə komandasının bərabərlik qoluna imza atan forvard yığmada 110-cu dəfə fərqlənib. Beləliklə, Ronaldu milli komandalarda ən çox qol vuran oyunçu ünvanına sahib çıxıb.
Təcrübəli oyunçu 90+6-cı dəqiqədə isə Portuqaliyaya qələbə qazandırıb - 2:1.
Qeyd edək ki, Əli Daei İran millisində 109 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]