Kubanın ABŞ-dakı səfirliyinə hücum olub
Bakı, 25 sentyabr, AZƏRTAC
Bazar günü naməlum şəxs Kubanın Vaşinqtondakı səfirliyinə iki “molotov kokteyl” atıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilla “X” sosial hesabında yazıb.
“Kubanın ABŞ-dakı səfirliyi iki “molotov kokteyl”i atan şəxs tərəfindən törədilən terror aktının hədəfinə çevrilib. Diplomatik missiyanın əməkdaşları arasında itki yoxdur", - deyə nazir bildirib.
Diplomat qeyd edib ki, bu, 2020-ci ildən bəri Kubanın ABŞ-dakı diplomatik missiyasına ikinci hücumdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]