KÜL DUMANININ AZƏRBAYCANA TƏSİRİ GÖZLƏNİLMİR
Bakı, 19 aprel (AZƏRTAC). İslandiyada püskürən vulkandan yaranmış kül dumanının Azərbaycana təsiri gözlənilmir.
Bu sözləri deyən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov bunu Avropadan Cənubi Qafqaz regionuna gələ biləcək güclü hava axınının olmaması ilə izah etmişdir.
Avropa ölkələrinə uçuşların təxirə salınmasına gəldikdə isə G.Süleymanov bildirmişdir ki, bu sırf təhlükəsizlik xarakteri daşıyır.
Mərkəzin direktoru demişdir ki, vaxt keçdikcə kül dumanı seyrələcək və bir müddət atmosferin yuxarı qatında dövriyyədə qalacaq, təxminən bir həftədən sonra isə vəziyyətin sabitləşəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]