Külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilən sabiq baş mühasib barəsində ibtidai istintaq yekunlaşıb
Bakı, 13 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergi İdarəsinin sabiq baş mühasibi Rəşad Babayevin qanunsuz əməlləri barədə həmin xidmətdən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ibtidai istintaqla Rəşad Babayevin qeyd olunan vəzifədə işləyərkən qulluq mövqeyindən istifadə edərək 2022-2025-ci illər ərzində ona etibar edilmiş külli miqdarda pul vəsaitini tamah niyyəti ilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil edərək öz əməkhaqqı hesabına köçürməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rəşad Babayevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:07]
Məhərrəm ayının başlanacağı tarix açıqlanıb
- 11.06.2026 [13:29]
Yunanıstan səfiri “ASAN xidmət”də
- 11.06.2026 [12:43]
Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
- 11.06.2026 [12:31]