KÜR ÇAYININ DAŞMASI ŞİRVANDA DA FƏSADLAR YARATMIŞDIR
Şirvan, 4 may (AZƏRTAC). Son günlər intensiv yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsinin xeyli qalxması digər sahilboyu ərazilər kimi, Şirvanda da ciddi fəsadlar yaratmış, o cümlədən qrunt sularının üzə çıxmasına səbəb olmuşdur.
Şəhərin "Köhnə şəhər" adlanan yaşayış sahəsi, Bayramlı və Çılpaqlı qəsəbələrində 315-dək fərdi evin həyətini qrunt suyu basmış, 15 ev qəza vəziyyətinə düşmüş, həyətyanı təsərrüfatlardakı əkinlər və meyvə ağacları yanaraq məhv olmuşdur.
Şəhər icra hakimiyyəti daşqının fəsadlarının aradan qaldırılması üçün xüsusi qərargah yaradaraq idarə, müəssisə və təşkilatların, sakinlərin qüvvəsini sahilbərkitmə və həyətlərdən suyun kənarlaşdırılmasına səfərbər etmişdir.
Fövqəladə Hallar Nazirliyinin mobil qüvvələri hadisə yerində fasiləsiz rejimlə çalışırlar. Qurumun 14-ə yaxın iritutumlu su nasosu vasitəsilə həyətləri basmış qrunt suları çəkilərək kənara axıdılır. Az müddətdə 100-ə yaxın həyət təmizlənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]