Kür və Araz çaylarında biogen maddələr normadan dəfələrlə artıqdır
Bakı, 2 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz çaylarının çirklənmə vəziyyətini öyrənmək məqsədi ilə aprel ayının üçüncü ongünlüyü üçün apardığı monitorinqin nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, monitorinqin nəticələrinə əsasən, Kür çayında su sərfi aprel ayının ikinci ongünlüyünə nisbətən saniyədə 277 kubmetr azalaraq saniyədə 501 kubmetr təşkil etmişdir.
Məlum olmuşdur ki, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayında biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır. Eyni zamanda, suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin Ağstafaçay su anbarında da yol verilən qatılıq həddini keçməsi müəyyən olunmuşdur.
Eyni hal Araz çayının Horadiz, Birinci Şahsevən və Bəhrəmtəpədə məntəqələrində də müşahidə edilmişdir.
Suyun oksigen rejimi isə bütün məntəqələrdə sanitar norma daxilində dəyişmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]