Kür və Araz transsərhəd çaylarında aparılmış monitorinqin nəticələri açıqlanıb
Bakı, 1 avqust (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür və Araz transsərhəd çaylarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyul ayının üçüncü ongünlüyü üçün apardığı monitorinqin nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenolların yol verilən qatılıq həddini Şıxlı-2 məntəqəsində 4,9, Ağstafaçayda 4, Ağstafaçay su anbarında isə 3,9 dəfə keçdiyi müşahidə olunub. Eyni hal Araz çayının Horadiz, Birinci Şahsevən və Bəhramtəpə məntəqələrində də qeydə alınıb.
Mis birləşmələrinin və suyun oksigen rejiminin isə bütün məntəqələrdə norma daxilində dəyişdiyi müəyyən edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]