Kürdə suyun səviyyəsi artıb
Bakı, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 9-da Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-160, Kiçik Qafqazın çaylarında 120-190, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-80 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 130 kubmetr olub. Qanıx çayının Əyriçay məntəqəsində də suyun səviyyəsində 7 santimetr artım qeydə alınıb. Bu məntəqədə su sərfi saniyədə 98 kubmetr təşkil edib. Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunsa da, Araz çayının Novruzlu məntəqəsində 5 santimetr azalma qeydə alınıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 391, Şirvanda 255, Salyanda 190, Bankədə 219, Novruzlu məntəqəsində isə 103 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [13:04]
Sabahın hava proqnozu açıqlanıb
- 05.06.2026 [19:15]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO
- 05.06.2026 [19:05]