Kürdəmirdə qanvermə aksiyası keçirilib
Kürdəmir, 4 fevral, AZƏRTAC
Kürdəmirdə fevralın 4-də qanvermə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya Milli Hematologiya və Transfuziologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Mərkəzi Qan Bankının və rayon mərkəzi xəstəxanasının birgə təşkilatçılığı ilə reallaşıb.
Koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar respublikamızda tətbiq olunan karantin rejimi şəraitində talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılması məqsədi daşıyan aksiyada rayon ictimaiyyəti, o cümlədən təhsil, səhiyyə, mədəniyyət işçiləri fəal iştirak ediblər.
Gün ərzində davam edən aksiyaya 200 nəfərdən çox könüllü qoşulub. Hərtərəfli müayinədən sonra 76 donordan qan götürülüb.
Toplanan qan nümunələri laboratoriyada müayinə edildikdən sonra Qan Bankına təhvil veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:56]
Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur
- 05.10.2026 [12:38]
Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir
- 05.10.2026 [11:57]
“Ortakənd” qızıl yatağında 2029-cu ildə istehsala başlanması planlaşdırılır
- 05.10.2026 [11:50]
Nazir: Ağdamın kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar formalaşır
- 05.10.2026 [11:40]