Kürdəmirlilər 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla anılmışdır
Kürdəmir, 21 yanvar (AZƏRTAC). Kürdəmirdə 20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümü kütləvi tədbirlərlə qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri 20 Yanvar abidəsinin önünə gələrək faciə qurbanlarının xatirəsini yad etmişlər.
Abidənin qarşısında məktəblilərin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Sonra rayon rəhbərləri, ziyalılar, ağsaqqallar və gənclər Şəhidlər xiyabanında Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların məzarlarını ziyarət etmiş, üzərinə çiçəklər qoymuşlar.
Mərasim iştirakçıları, həmçinin rayonun Karrar və Topalhəsənli kəndlərində uyuyan şəhidlərin də məzarlarını ziyarət etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]