Laçın rayonunun biomüxtəlifliyinə dəymiş ziyan qiymətləndiriləcək
Bakı, 1 dekabr, AZƏRTAC
İşğaldan azad olunmuş Laçın rayonu zəngin biomüxtəlifliyə malikdir. Füsunkar Qarabağın xüsusi mühafizə olunan təbiət ərazilərindən olan Qaragöl Dövlət Təbiət Qoruğu və Laçın Dövlət Təbiət Yasaqlığı bu rayonun ərazisində yerləşir.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova AZƏRTAC-a bildirib ki, 1987-ci ildə yaradılan Qaragöl Dövlət Təbiət Qoruğu vulkanik və relikt mənşəli Qaragöl gölünü və onun ətraf ərazilərini əhatə edir. Bu göl nadir qızılxallı forel balıqları ilə məşhurdur: “1961-ci ildə yaradılan Laçın Dövlət Təbiət Yasaqlığının ərazisi işğala qədər vələs, cökə, ağcaqayın meşələrindən ibarət olub və bu yerlərdə Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilən dağ keçisi (Bezoar keçisi), Avropa cüyürü, Nəcib maral, Xəzər uları, Ütəlgi qızılquş, Adi qızılquş, Qonur ayı, Ağbaş kərkəs məskunlaşmışdı”.
A.Səmədova qeyd edib ki, işğaldan azad olunmuş Laçın rayonu ərazisində aidiyyəti qurumlarla birgə, beynəlxalq ekspertlərin iştirakı ilə monitorinqlər aparılacaq, bölgənin ətraf mühitinə, meşələrinə, həmçinin bitki və heyvanat aləminə dəymiş ziyan hərtərəfli qiymətləndiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]