Laçın-Xankəndi yolundakı aksiyanın iştirakçıları mundialın final matçını izləyirlər
Şuşa, 18 dekabr, Elmir Səftərov, AZƏRTAC
Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın iştirakçıları Qətərdə keçirilən dünya çempionatının finalını - Argentina- Fransa matçını izləmələri üçün böyük monitor quraşdırılıb.
AZƏRTAC-ın müxbiri hadisə yerindən xəbər verir ki, aksiya iştirakçıları ərazidə quraşdırılmış böyük ekran vasitəsilə mundialın final görüşünü izləyirlər.
Havanın soyuq olmasına baxmayaraq, Laçın-Xankəndi yolundakı aksiya davam edir.
Aksiya iştirakçılarının təhlükəsizliyini Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbçiləri və polis əməkdaşları təmin edirlər.