Laçında əmək yarmarkası keçiriləcək
Bakı, 12 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Laçın şəhərində əmək yarmarkası keçirəcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yarmarka sentyabrın 16-sı saat 11:00-da agentliyin Laçın rayonu üzrə xidmət şöbəsinin inzibati binasında (Laçın şəhəri, Heydər Əliyev küçəsi, 138) təşkil olunacaq.
“Laçın” İstirahət Kompleksi və Laçın Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin dəstəyi ilə keçiriləcək yarmarkada Laçın rayonu üzrə həmin müəssisələrə aid növbə rəisi, baş mühasib, kargüzar, təsərrüfatçı, qəssab və s. iş yerləri üzrə vakansiyalar təqdim ediləcək.
Aktiv məşğulluq tədbirində həmin vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:26]
Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb
- 30.09.2026 [14:59]
Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır
- 30.09.2026 [14:11]
Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO
- 30.09.2026 [14:07]
ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb
- 30.09.2026 [13:44]
Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb
- 30.09.2026 [13:16]
NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO
- 30.09.2026 [12:43]