“Landşaft müxtəlifliyinin kartoqrafik tədqiqi” kitabı çapdan çıxıb
Bakı, 22 sentyabr, AZƏRTAC
AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun yeni nəşri çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Şamil Əzizovun yeni monoqrafiyası “Landşaft müxtəlifliyinin kartoqrafik tədqiqi” adlanır. Monoqrafiya Böyük Qafqazın və həmsərhəd ərazilərin (Azərbaycan hüdudlarında) landşaft müxtəlifliyinin elmi-metodiki məsələlərinin kartoqrafik tədqiqat metodunun tətbiqi əsasında öyrənilməsinə, kartoqrafik landşaftometriyanın inkişafına və landşaft xəritəçiliyinə həsr olunub.
Kitabdan kartoqraflar, coğrafiyaçılar, landşaft morfometriyası və xəritəçiliyi ilə məşğul olan landşaftşünaslar, həmçinin torpaqşünaslar, geobotaniklər, ali məktəblərin müəllimləri, fiziki coğrafiya, kartoqrafiya ixtisası üzrə təhsil alan bakalavrlar, magistrlər və digərləri yararlana bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:34]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:25]
“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub
- 30.09.2026 [16:23]
Tələbə rəyi ADPU-da əsas keyfiyyət alətlərindən birinə çevrilir
- 30.09.2026 [16:11]