Latviyada koronavirus infeksiyasına yoluxanların sayı 6-ya çatıb
Riqa, 10 mart, AZƏRTAC
Latviyada koronavirus infeksiyasına yoluxanların sayı bir sutka ərzində iki dəfə artıb.
AZƏRTAC Latviyanın yerli mətbuatına istinadla xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 6-ya çatıb.
Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzindən bildirilib ki, martın 7-si virusa yoluxanların sayı 3 nəfər idisə, hazırda xəstələrin sayı 6-ya çatıb. Bu da o deməkdir ki, yanvar ayının 29-dan etibarən koronavirusa görə götürülən 244 analizin 6-sının nəticəsi müsbət olub.
Qeyd edilir ki, koronavirusa yoluxan 3 yeni xəstə martın 7-də “BT-630” reysi ilə Milandan Riqaya gələn və bir neçə gün əvvəl virusa yoluxmaları təsdiq olunan 2 sərnişinlə eyni təyyarədə olublar.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]