Latviyada koronavirusa yoluxanların sayı 90 minə yaxınlaşır
Riqa, 6 mart, AZƏRTAC
Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 746 nəfər artaraq 89 min 414-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 1 milyon 563 min 542 nəfər müayinə olunub.
Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 15 min 923 nəfərdən 746-nın testinin nəticəsi müsbət çıxıb.
Ölkədə son sutka ərzində COVID-19-dan 14 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə rəsmi ümumi rəqəmlərə əsasən, 78 min 507 nəfər təşkil edir.
Latviyada koronavirusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]
ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq
- 22.09.2026 [19:06]