Lavrov: Putin Zelenski ilə görüşməyə hazırdır
Moskva, 22 avqust, AZƏRTAC
Hazırkı məqamda Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında görüş planlaşdırılmır. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “NBC News” telekanalının efirində bildirib.
AZƏRTAC xəbər verir ki, Rusiya XİN-in rəhbərinin sözlərinə görə, Putin sammitin gündəliyi formalaşan vaxtda Zelenski ilə görüşməyə hazırdır. Lakin hələlik belə bir gündəm yoxdur.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna liderləri arasında görüş təşkil etmək niyyətində olduğunu bəyan edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO
- 29.09.2026 [12:39]