LEONARDO Dİ KAPRİO EKOLOGİYA PROBLEMLƏRİ İLƏ MƏŞĞUL OLUR
AZƏRTAC Assoşieyted agentliyinə istinadla xəbər verir ki, aktyor kimi əsasən “Titanik” filmi sayəsində məşhurlaşan Leonardo di Kaprio müasir dövrün ekoloji problemlərinə həsr olunmuş “On birinci saat” tammetrajlı sənədli filminin çəkilişlərinə başlamışdır. O, öz filmində qlobal istiləşmə təhlükəsindən və planetimizin ekoloji sistemlərinin bərpası xüsusiyyətlərindən danışmağa hazırlaşır. Söhbət davamlı inkişaf və bioloji müxtəlifliyin dəstəklənməsi proqramlarından, tullantılardan istifadənin ən yeni texnologiyalarının hazırlanmasından gedir.
Di Kaprio öz ekoloji fondunu hələ 1998-ci ildə təsis etmişdir. Onun təşkilatı Kaliforniyada bir çox məhəlli layihələri dəstəkləyir, şəxsi veb-saytı vasitəsilə ekoloji tədbirləri təbliğ etməklə məşğul olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]