LƏTİF QƏNDİLOV QASIMCOMƏRD TOKAYEVLƏ GÖRÜŞMÜŞDÜR
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan-Qazaxıstan Hökumətlərarası Əməkdaşlıq Komissiyasının yaxın günlərdə Bakıda keçiriləcək 4-cü iclasına hazırlıq məsələləri, habelə dost ölkənin Baş naziri Danial Əhmədovun Bakıya qarşıdakı səfərinin proqramı müzakirə olunmuşdur.
Söhbət əsnasında İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iyunun19-21-də Bakıda keçiriləcək 33-cü konfransı, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Nazirlər Şurasının mayın əvvəllərində yenə də Bakıda təşkil olunacaq 16-cı toplantısı ilə əlaqədar fikir mübadiləsi aparılmışdır.
Lətif Qəndilov “Kazaxstanskaya pravda” qəzetinin baş redaktoru Tatyana Kostina ilə görüşündə həmin tədbirlərin işıqlandırılması məsələlərini müzakirə etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]