Lionel Messi yeni rekorda imza atıb
Bakı, 23 aprel, AZƏRTAC
İspaniyanın “Barselona” futbol klubunun hücumçusu və kapitanı Lionel Messi yeni rekorda imza atıb.
AZƏRTAC xəbər verir ki, İspaniya çempionatının 31-ci turunun “Xetafe” ilə matçında (5:2) 33 yaşlı argentinalı dubla imza atıb. O, bununla da, La Liqada ardıcıl 12 mövsümdə 25 və daha çox qol vuran yeganə futbolçudur.
Argentinalı hücumçu cari mövsümdə iştirak etdiyi 29 matçda 25 qol vurub və 9 məhsuldar ötürmə edib. Bundan əlavə, L.Messi “Barselona” klubu ilə 35 kubok qazanıb. Hücumçu 10 dəfə İspaniya çempionatında, 7 dəfə İspaniya kubokunda, 8 dəfə İspaniya Superkubokunda, 4 dəfə UEFA Çempionlar Liqasında, 3 dəfə UEFA Superkubokunda və 3 dəfə klublararası dünya çempionatında qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]