Lionel Skaloni daha üç il Argentina millisini çalışdıracaq
Bakı, 1 mart, AZƏRTAC
Argentina millisinin baş məşqçisi Lionel Skaloni daha üç il yığmaya rəhbərlik edəcək.
AZƏRTAC xəbər verir ki, Argentina Futbol Federasiyası Skaloni ilə müqavilənin müddətini 2026-cı ilədək uzadıb. Təcrübəli çalışdırıcı növbəti mundialda da komandanın sükanı arxasında olacaq.
Fəaliyyət müddəti ərzində Argentina millisi ilə 2021-ci ildə Amerika kubokunu, 2022-ci ildə isə “Finalissimo” və dünya çempionatının qalibi olan Skaloni, eyni zamanda, yığmanın 36 oyunluq məğlubiyyətsiz seriya ilə ölkə futbol tarixində rekord nəticələr qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]