Lisey və gimnaziyalara II mərhələ üzrə qəbulun nəticələri açıqlanıb
Bakı, 29 avqust, AZƏRTAC
2025–2026-cı tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul keçirən lisey və gimnaziyalara II mərhələ üzrə seçimlərin nəticələri şagirdlərin şəxsi kabinetlərinə əlavə edilib. Şagirdlər qəbul nəticələri ilə elektron hökumət portalı – sy.edu.az platforması üzərindən “İmtahanlar” bölməsindən tanış ola bilərlər. Qəbul olan şagirdlər üçün sorğular mərhələli şəkildə yaradılır. Hər bir şagird şəxsi kabinetində “Sorğularım” bölməsindən müvafiq məlumatları izləyə bilər.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib.
Qəbul olan şagirdlərin sənədlərinin (şəxsi işlərinin) 2 sentyabr saat 16:00-dək qəbul olduqları təhsil müəssisəsinə təqdim edilməsi tələb edilir. Bu gündən başlayaraq qeyd olunan tarixədək sənədləri təqdim etməyən şagirdlərin sorğuları sistemdən silinəcək və qəbul nəticələri etibarsız hesab ediləcək. Əlavə sual yaranarsa, 146-2 ilə əlaqə saxlamaq olar.
Qeyd edək ki, lisey və gimnaziyalara qəbul üzrə III mərhələ keçirilməyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:01]
BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [17:03]