Lisey və gimnaziyaların boş qalan yerlərinə seçim mərhələsinə başlanılıb
Bakı, 22 avqust, AZƏRTAC
Avqustun 22-si saat 12:00-dan mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçim mərhələsinə start verilib.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, II mərhələ lisey və gimnaziya seçimi avqustun 25-i saat 15:00-da başa çatacaq. Boş qalan yerlər üçün www.sy.edu.az/ portalında şəxsi kabinetə daxil olaraq “İmtahanlar” bölməsindən “Lisey seçimi” düyməsini sıxmaqla 1 və ya 2 seçim edilə bilər.
Qeyd edək ki, avqustun 28-dən II mərhələdə uğur qazanan şagirdlərin sənəd qəbuluna start veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:24]
Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub
- 29.09.2026 [13:09]
Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu
- 29.09.2026 [12:49]