LİTVA RESPUBLİKASININ YENİ SEÇİLMİŞ PREZİDENTİ ZATİ-ALİLƏRİ XANIM DALYA QRİBAUSKAYTEYƏ
Hörmətli xanım Qribauskayte,
Litva Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Biz Azərbaycan ilə Litva arasında münasibətlərə xüsusi əhəmiyyət veririk. Əminəm ki, bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimiz, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar və layihələr çərçivəsində əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, səadət, dost Litva xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 may 2009-cu il.