Litvada 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirilmişdir
Bakı, 22 yanvar (AZƏRTAC). Litva Azərbaycanlıları Cəmiyyəti, Litva-Azərbaycan parlamentlərarası dostluq qrupu və Litva-Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə 1990-cı ildə Bakıda, 1991-ci il Vilnüsdə törədilmiş faciəli yanvar hadisələrinin ildönümlərinə həsr edilmiş anma mərasimi keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Litva Respublikası Seyminin Konstitusiya zalında “Bakı-Vilnüs: azadlığa gedən yolda taleyüklü yanvar hadisələri” mövzusunda keçirilmiş tədbirdə çıxış edən Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev hər iki ölkədə baş vermiş qanlı aksiyalar barədə ətraflı danışmışdır.
Seymdə Litvada və Azərbaycanda baş vermiş qanlı hadisələri əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunmuş, faciə ilə bağlı rəsmi sənədlər, nəşrlər və filmlər nümayiş etdirilmişdir.
Seymin televiziyası ilə canlı yayımlanmış tədbirin video yazıları Litva, ingilis və rus dillərində qurumun rəsmi saytında yerləşdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]