LİTVADA MÜSƏLMAN TƏLƏBƏLƏRİN FORUMU KEÇİRİLMİŞDİR
AZƏRTAC Müstəqil İslam İnformasiya agentliyinə istnadla bildirir ki, Vilnüsdə Litvanın müsəlman tələbələrinin “Avropada İslam mədəniyyəti: əməkdaşlıq, yoxsa, qarşıdurma” mövzusunda dördüncü forumu keçirilmişdir.
Müsəlman Gənclər Cəmiyyəti və Avropa İslam Konfransları Federasiyası tərəfindən birgə təşkil olunmuş forumda Polşa, Latviya və Belarus müsəlmanlarının nümayəndələri də iştirak etmişlər. Forumda bir sıra mühazirələr oxunmuş, müzakirələr aparılmış, müxtəlif mədəni proqramlar və idman tədbirləri keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]