LITVADA www.slaptai.lt SAYTINDA ERMƏNİ TERRORU HAQQINDA FİLM YERLƏŞDİRİLMİŞDİR
Bakı, 9 aprel (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, Litva Respublikasının www.slaptai.lt internet saytında ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı və terror aktlarından bəhs edən “Erməni terroru” sənədli filmi video formasında yerləşdirilmişdir. Filmə http://slaptai.lt/news.php?readmore=1069 linkində baxmaq olar. Bu təbliğat aksiyası Litva Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü və bir sıra diaspor təşkilatının dəstəyi ilə baş tutmuşdur. Film bir həftə ərzində həmin saytda nümayiş etdiriləcəkdir.
Xatırladaq ki, film 2003-cü ildə Azərbaycanda hazırlanmış və bu il 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar Vilnüsdə keçirilmiş anma mərasimində nümayiş etdirilmişdir. Tədbirdə, həmçinin “Erməni terroru” filminin 150 ədəd ingilis və rus dillərində DVD kassetləri qonaqlara paylanmışdır. Sənədli filmin ssenari müəllifi və rejissoru Sevda Həsənovadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]