SİYASƏT
LONDONDA DAHA BİR AZƏRBAYCAN MƏKTƏBİ FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, Caspian-Xəzri məktəbinin və Britaniya Güney Azərbaycanlıları təskilatının birgə layihəsi çərçivəsində Londonun mərkəzində daha bir Azərbaycan məktəbi fəaliyyətə başlamışdır.
Caspian-Xəzri məktəbinin rəhbəri Simuzər Baloğlanova Londonda ikinci Azərbaycan məktəbinin fəaliyyəti barədə məlumat vermişdir. Azərbaycanın İngiltərədəki səfiri Fəxrəddin Qurbanov məktəbin açılışı münasibətilə soydaşlarımızı təbrik etmiş, ana dilimizin, milli adət-ənənələrimizin qorunması və inkişafı istiqamətində atılan hər bir addımın təqdirəlayiq olduğunu bildirmiş, Azərbaycan dövlətinin soydaşlarımıza göstərdiyi diqqət və qayğıdan danışmışdır.
“Hammersmith Management Collage”de yerləşən və bazar günləri fəaliyyət göstərəcək ikinci Azərbaycan məktəbində ana dili ilə yanaşı, Azərbaycan tarixi, coğrafiyası, ədəbiyyat, eləcə də milli musiqi və rəqs dərsləri keçiriləcəkdir.
Bundan basqa, Azərbaycan dilini öyrənmək istəyən əcnəbilər üçün də kurslar təskil olunacaqdır.
Məktəbin fəaliyyətinə London-Azərbaycan Cəmiyyəti yaxından kömək göstərir.
######