Azərbaycan Dövlət İnformasiya Agentliyi

Londonda fizika təhsili alan azərbaycanlı tələbə: olimpiada uğurlarından elmi karyeraya- MÜSAHİBƏ

Londonda fizika təhsili alan azərbaycanlı tələbə: olimpiada uğurlarından elmi karyeraya- MÜSAHİBƏ

London, 30 mart, AZƏRTAC

Uşaqlıqdan elmə böyük maraq göstərən, beynəlxalq fizika olimpiadalarında ölkəmizi uğurla təmsil edən gənc azərbaycanlı Murad Abdulkərim hazırda Londonda nüfuzlu universitetlərdən biri olan London Universitet Kollecində (UCL) dövlət proqramı ilə fizika üzrə təhsil alır. AZƏRTAC-a müsahibəsində o, elmi yolunun başlanğıcından, Londonda tələbə həyatından, UCL-də Azərbaycan cəmiyyətinin yaradılmasından və gələcək planlarından danışıb.

-Murad, əvvəlcə özünüz və elmə olan marağınızın necə yarandığı barədə danışardınız.

- Uşaqlıqdan anamın aldığı ensiklopediyalar və “National Geographic” sənədli filmlərinin təsiri ilə çox kiçik yaşlarımdan elmə böyük həvəsim olub. Daha sonralar həm bacarıqlarım, həm də həvəsim məni fizika sahəsinə yönəltdi. Məktəb illərində, xüsusilə 9-cu sinifdən başlayaraq fizika olimpiadaları ilə məşğul oldum və bu sahədə qazandığım təcrübə məni fizika oxumağa yönləndirdi. Beynəlxalq fizika olimpiadalarında Azərbaycan komandasına seçilmiş və ölkəmi IPhO və EuPhO kimi yarışlarda müvafiq olaraq bürünc və gümüş medallarla təmsil etmişəm. Bu nəticələrim sayəsində dövlət proqramına müsabiqədənkənar qəbul aldım və hazırda UCL-də fizika üzrə dövlət təqaüdü ilə təhsil alıram.

-Təhsil həyatınız necə davam edir?

- Hal-hazırda ikinci kurs tələbəsiyəm və əvvəlkindən də böyük həvəslə təhsilimi davam etdirirəm. Bu ölkədə aparılan yüksək səviyyəli fizika tədqiqatlarına yaxından şahid olmaq və bəzi tədqiqat qruplarında yay araşdırmalarında iştirak etmək motivasiyamı daha da artırır. Məqsədim gələcəkdə akademiya və elmi tədqiqat sahəsində fəaliyyət göstərməkdir.

- Londonda tələbə həyatı sizin üçün necə keçir?

- Ümumən yaxşı keçir, maraqlı bir təcrübədir. London çox beynəlmiləl bir şəhərdir və burada hər gün yeni şeylər öyrənirəm. Xüsusilə şəhərin muzeyləri həqiqətən göz qamaşdırıcıdır. Onların əksəriyyəti pulsuzdur və çox müxtəlif eksponatlar təqdim olunur. Təbiət tarixi muzeyindəki dinozavr qalıntıları, Viktoriya və Albert Muzeyində nümayiş olunan Şeyx Səfi xalçası və Səfəvi dövrünə aid qılınclar, eləcə də Britaniya Muzeyindəki Moai heykəlləri xüsusilə yaddaqalandır.

Boş zamanlarımda isə fərdi fizika müəllimliyi edirəm, tarix kimi marağım olan sahələrdə mütaliə və həvəskar araşdırmalar edirəm və saz çalıram.

Tək öyrəşə bilmədiyim şey buranın havasıdır. Burada olduğum müddətdə nə qar gördüm, nə də günəşi yetərincə hiss etdim. Ölkənin təbiətinin bu qədər düz və sadə olması da məni bir qədər təəccübləndirdi. Düzünü desəm, İngiltərədə Qəbələyə bənzər bir yer görmədim.

-Gənc azərbaycanlı tələbə kimi Böyük Britaniyada təhsilin üstünlükləri və çətinlikləri nələrdir?

-Ən böyük üstünlük yüksək səviyyəli təhsildir. Bizə dərs deyən alimlər öz sahələrində ciddi elmi töhfələri olan insanlardır və dərslər zamanı öyrəndiyimiz mövzuların onların tədqiqatlarında necə tətbiq olunduğunu da görürük. Bu, tələbəni birbaşa elmin içinə çəkir. Bundan əlavə, Londonda tələbələr üçün çoxsaylı seminarlar və konfranslar keçirilir. Məsələn, kvant fizikasının 100 illiyinə həsr olunmuş konfransda iki Nobel mükafatı laureatı iştirak edirdi və tələbələr üçün giriş pulsuz idi. Mən də belə tədbirlər sayəsində mühüm əlaqələr qurmuşam və bu yay Oksfordda kvant qravitasiyası üzrə çalışan alimlərdən birinin tədqiqat qrupunda iştirak edəcəyəm.

Çətinliklərdən ən əsası ümumilikdə ingilis təhsil sistemində leksiya saatlarının az olması və tətillərin çoxluğu səbəbindən dərslərin çox yığcam və intensiv keçilməsidir. Bu da, təbii ki, bəzən ağır ola bilir. Digər çətinliklər isə qürbət həyatı ilə bağlıdır və bu, yalnız Birləşmiş Krallığa xas deyil.

-UCL-də Azərbaycan cəmiyyətinin yaradılması ideyası necə yarandı?

-Əvvəllər universitetdə Azərbaycan cəmiyyəti var idi, lakin fəaliyyəti dayanmışdı. Keçən il digər azərbaycanlı tələbələrlə birlikdə onu yenidən təsis etdik. Keçən ilki yoldaşlarımız bu istiqamətdə böyük zəhmət çəkdilər. Onlar məzun olduqdan sonra Londona gələn azərbaycanlı tələbələr üçün faydalı məlumatları özündə əks etdirən xüsusi bir kitabça da hazırladılar və bu il yeni gələnlər həmin kitabçadan geniş şəkildə yararlandılar.

Məqsədimiz Londonda təhsil alan azərbaycanlı tələbələri bir araya gətirmək və onları təmsil edən aktiv platforma yaratmaq idi. Hazırda 50-dən çox tələbəni birləşdiririk və mən bu cəmiyyətin sədriyəm.

-Cəmiyyət çərçivəsində hansı fəaliyyətləri həyata keçirirsiniz?

-Bu il keçirdiyimiz tədbirlər əsasən fərqli mövzular üzrə müzakirə xarakterli idi, lakin ilin əvvəlində daha çox sosial xarakterli yığıncaqlar təşkil etdik. Bizim fikrimizcə, istənilən ölkənin tərəqqisi üçün müzakirə və fikir mübadiləsi zəruridir. Burada oxuyan tələbələrimizin əksəriyyəti dövlət proqramı ilə gəlib və, yeri gəlmişkən, dünyanın ən qabaqcıl qurumlarında təhsil alır, təcrübə keçir. Şübhəsiz ki, bu gün burada oxuyan bir çox yoldaşımız gələcəkdə ölkəmizdə önəmli kadrlar olacaq və öz sahələri üzrə inkişafımıza töhfə verəcəklər.

Cəmiyyət olaraq məqsədimiz bu çevrələri bir araya gətirmək, Azərbaycan üçün aktual məsələlər ətrafında fikir mübadiləsi aparmaq və mütəxəssislərin fikirlərini çatdıra biləcəkləri bir platforma yaratmaqdır. Fərqli tədbirlərlə buna nail olmağa çalışırıq. Məsələn, 20 Yanvarla bağlı cənab səfirin, sosiologiya və hüquq üzrə mütəxəssislərin iştirakı ilə diskussiya təşkil etdik. Bu tədbir standart anım günü tədbirlərindən fərqli olaraq daha geniş fikir mübadiləsi ilə seçilirdi. Çox məhsuldar bir tədbir oldu, bir çox maraqlı suallar səsləndirildi və ümumilikdə 80-dən çox iştirakçı qatıldı.

Daha sonra ölkədəki tələbələr və Kembricdən professor Qərib Mürşüdovla- yeri gəlmişkən, ən çox sitat alan azərbaycanlı alimdir- elm və təhsil mövzusunda söhbət üçün bir araya gəldik. Son tədbirimizdə isə Rüzgar Əhmədzadə “Azərbaycan musiqisində yanlış bilinənlər” mövzusunda maraqlı çıxış etdi.

Gələcək üçün isə artıq planlaşdırdığımız görüşlər var. Bunlar tarix, süni intellekt və iqtisadiyyat kimi mövzuları əhatə edəcək. Uzun sözün qısası, məqsədimiz faydalı və tələbələri həvəsləndirən tədbirlər təşkil etmək, həmçinin tələbələrlə mütəxəssislər arasında bilik və fikir mübadiləsini gücləndirməkdir.

-Uzunmüddətli planlarınız nələrdir? Azərbaycana qayıtmaq fikriniz varmı?

-Sözsüz. Mən təhsil həyatımın demək olar ki, bütün dönüm nöqtələrini vətənimə və millətimə borcluyam. Heç bir vəsait xərcləmədən Təhsil İnstitutunun olimpiada dərslərində və düşərgələrində iştirak etdim, burada yetişərək Beynəlxalq Fizika Olimpiadasında medal qazandım və hazırda dövlət təqaüdü ilə UCL-də təhsil alıram.

Məqsədim, mümkün olarsa, PhD və ya postdok mərhələsindən sonra tam yetişmiş bir mütəxəssis kimi vətənə qayıtmaq və öz ölkəmdə elmlə məşğul olmaqdır. Ümid edirəm ki, bu vaxta qədər ölkəmizdə elmi mühit daha da inkişaf edəcək və tədqiqatlar üçün əlverişli şərait yaranacaq.

-Fizika sahəsinə maraq göstərən məktəblilərə hansı məsləhətləri verərdiniz?

-Əsas məsləhətim fiziklərin işsiz qalması və ya artıq araşdırılıb tapılacaq bir şeyin qalmadığı kimi fikirlərin təsiri altına düşməməkdir. Fizikada hal-hazırda çoxlu tədqiqat sahələri və açıq suallar mövcuddur. Mən oxuduğum sahədən çox məmnunam və çox xoşbəxtəm. Təbiəti bu qədər dərindən öyrənmək təsvir edilməsi mümkün olmayan bir hissdir. Həmçinin, dünyada fizika və riyaziyyat təhsili almış insanlara həmişə tələbat var və bu sahələri yaxşı mənimsəyənlərin elm xaricində də çox yaxşı iş imkanları tapa biləcəyinə inanıram.

 

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur