Londonda sığınacaq axtaranların yerləşdirildiyi otelin qarşısında insident baş verib
London, 2 avqust, AZƏRTAC
Londonda sığınacaq axtaranların yerləşdirildiyi otelin qarşısında əks mövqedə olan qruplar arasında qarşıdurma baş verib.
AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, İzlinqton bölgəsində yerləşən “Thistle City Barbican” otelinin qarşısında keçirilən etiraz aksiyasında bir neçə nəfər saxlanılıb. Etirazçılar otelin miqrantların müvəqqəti yerləşdirilməsi üçün istifadə olunmasına qarşı çıxıblar. Ərazidə, eyni zamanda, “Stand Up To Racism” təşkilatının çağırışı ilə irqçiliyə qarşı etiraz aksiyası keçirib.
İki qrup arasında qarşıdurma baş verib. Polis müdaxilə edərək narazı kütləni dağıdıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]