Londonda Xocalı soyqırımı qurbanlarının xatirəsini anma konserti keçiriləcəkdir
London, 23 yanvar (AZƏRTAC). Fevralın 26-da Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Londonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anma konserti keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, konsert proqramına Fikrət Əmirovun, V.A.Motsartın, C.B.Perqolesinin, Edvard Elqarın repertuarından musiqilər daxildir.
Pyer Silloyun Britaniya premyeralı “Xocalı 613” və Fikrət Əmirovun “Nizami” simfoniyası proqramda xüsusi yer tutacaqdır.
Bundan əlavə, anma konsertində Laurent Petitqirardın rəhbərliyi ilə Londonun Orion Simfonik Orkestrinin ifasında Qərb və Azərbaycan klassik musiqiləri səslənəcəkdir.
Anma konsertindən sonra qəbul təşkil ediləcəkdir.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]