LONDONUN MERİ TÜRK VƏ AZƏRBAYCAN İCMALARININ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Böyük Britaniya paytaxtının meri Ken Livinqston Londonun mərkəzində yerləşən “City Hall”da bu ölkədə yaşayan türk və Azərbaycan icmalarının şərəfinə ziyafət vermişdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, ziyafətdə İngiltərə Türk Dərnəkləri Federasiyası və Azərbaycan diaspor təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Londonda fəaliyyət göstərən Azərbaycanlı Gənclər Klubunun məlumatına görə, mer K.Livinqston türk icmasının İngiltərənin ictimai-siyasi həyatındakı rolunu yüksək qiymətləndirmiş, onun şəhər ictimaiyyətinin çox önəmli tərkib hissəsi olduğunu vurğulamışdır.
Londonun meri Azərbaycan icma təşkilatlarının rəhbərləri ilə görüşərək ətraflı fikir mübadiləsi aparmışdır. Görüşlərdə Londonla Bakı arasında əlaqələrin inkişafında Azərbaycan icmalarının rolu və digər məsələlər müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]