Londonun Ukrayna münaqişəsindəki əsl rolu üzə çıxıb
Bakı, 11 aprel, AZƏRTAC
Böyük Britaniya Ukraynadakı münaqişəyə ilk baxışda göründüyündən daha çox qarışıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Times” qəzetində dərc olunan məqalədə yer alıb.
“Onlarla britaniyalı hərbçi 2022-ci ilin fevralında təhvil verilən tank əleyhinə NLAW raketlərdən istifadəni Ukrayna ordusuna öyrətmək üçün Kiyevə göndərilib. 2023-cü ilin mayında isə Böyük Britaniya Kiyevi “Storm Shadow” uzaqmənzilli qanadlı raketlərlə təmin edən ilk Qərb ölkəsi olub. London, həmçinin həmin raketləri hərbi təyyarələrə quraşdırmaq və ukraynalılara onlardan istifadə etməyi öyrətmək üçün gizli şəkildə bu ölkəyə mütəxəssislər yollayıb”, - deyə məqalədə qeyd olunub.
Məqalə müəlliflərinin sözlərinə görə, Böyük Britaniya Ukrayna münaqişəsində “bir çox müşahidəçilərin gördüyündən daha mühüm rol” oynayıb.
Bir müddət öncə, “The Telegraph” nəşri mənbələrinə istinadla xəbər vermişdi ki, Böyük Britaniya öz qoşunlarını beş il müddətinə Ukraynada yerləşdirmək imkanını nəzərdən keçirir. Bu müddət ərzində krallığın əsgərləri ukraynalı hərbçilərin təlimi ilə məşğul ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [16:51]