LUÇANO PAVAROTTİ OPERA SƏHNƏSİNƏ SON DƏFƏ ÇIXDI
Pavarotti tamaşadan əvvəl verdiyi müsahibədə bildirmişdir ki, bu, artıq 379-cu dəfə çıxdığı “Metropoliten”in səhnəsində deyil, ümumiyyətlə, operada son ifasıdır. O demişdir: “Düşünürəm ki, səhnə ilə vidalaşmaq vaxtı çatmışdır”.
İki il əvvəl xəstəliyi üzündən “Metropoliten”də vida ifasını təxirə saldıqdan sonra Pavarotti cəmi 5 dəfə - 4 dəfə Londonda və 1 dəfə Berlində çıxış etmişdir.
Luçano Pavarotti dünyanın ən iri və mötəbər opera salonlarından biri olan “Metropoliten-Opera”nın səhnəsinə ilk dəfə 1968-ci ildə çıxmışdır. Ustadın indiki vida tamaşasına 4 min biletin hamısı satılmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:49]
İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi
- 29.09.2026 [20:37]