Macarıstan Rumıniyanın Şengen zonasına daxil olmasını fəal şəkildə dəstəkləyir
Budapeşt, 10 aprel, AZƏRTAC
Macarıstan hökuməti Rumıniya ilə iqtisadi əlaqələrinin möhkəmləndirilməsi üçün fəal səy göstərir və onun Şengen zonasına daxil olmasını dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Budapeştdə Rumıniyanın inkişaf və ictimai işlər naziri Attila Çeke ilə danışıqların başa çatdırılmasından dərhal sonra ölkənin inşaat və nəqliyyat naziri Yanoş Lazar bildirib.
Y.Lazar deyib ki, iki ölkə arasında nəqliyyat infrastrukturunun inkişafı və sərhədlərin şəffaflığının təmin edilməsi Şengen proqramının əsas məqsədləridir. O, rumıniyalı həmkarını Macarıstanın Rumıniyanın Şengen zonasına qoşulmaq istəyini dəstəkləməyə hazır olduğundan əmin edib.
Macarıstan hökumətinə təşəkkür edən Attila Çeke ötən il iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard avro təşkil edən iqtisadi əlaqələri yüksək qiymətləndirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]