Macarıstan Universitetinin professoru UNEC-də mühazirə deyib
Bakı, 5 iyun, AZƏRTAC
Macarıstanın Miskolç Universitetinin professoru İstvan Kunos “Erasmus+” mübadilə proqramı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, professor UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin əməkdaşları ilə görüşüb və hər iki universitet arasında əməkdaşlığa dair fikir mübadiləsi aparıb.
Professor UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələrinə “Zamanın idarəolunması” (time-management) və “Yumşaq bacarıqlar” (soft skills) mövzularında mühazirə də deyib.
UNEC-in infrastrukturu ilə tanış olan macar professoru müəllim və tələbələr üçün yaradılan şəraiti, eləcə də elektron tədris prosesinin təşkilini yüksək qiymətləndirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [16:48]
BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü
- 01.10.2026 [16:36]
BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir
- 01.10.2026 [16:17]
BDU tələbələri kibertəhlükəsizlik haqqında məlumatlandırılıb
- 01.10.2026 [16:13]
Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb
- 01.10.2026 [16:10]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid
- 01.10.2026 [15:45]