Madaqaskarlı iştirakçı: COP29 qlobal ekoloji problemlərin həlli üçün çox vacib tədbirdir
Bakı, 20 noyabr, AZƏRTAC
Bu, Azərbaycana ilk səfərimdir və ikinci dəfədir ki, COP konfransında iştirak edirəm. Tədbirin təşkilatçılığı heyranedici səviyyədədir. Burada hər şey son dərəcə rahatdır, heç bir qarışıqlıq yaşanmır. Tədbir yüksək səviyyədə təşkil edilib.
Bu sözləri COP29 çərçivəsində ölkəmizə gələn madaqaskarlı iştirakçı Mohajy Karine Vognimanorosolo AZƏRTAC-a müsahibəsində söyləyib.
BMT layihəsi üzərində çalışdığını bildirən M.K.Vognimanorosolo rəhbərlik etdiyi layihənin mahiyyətinə toxunub: “Üzərində işlədiyim layihə hökumət layihəsi olub, Dünya Bankı tərəfindən maliyyələşdirilir. COP29 çərçivəsində burada iştirak etməkdən böyük məmnunluq duyuram. Tədbirdə yönləndirici işarələr və məlumatlandırma xidmətləri çox yaxşı təşkil edilib. Hər şey yüksək peşəkarlıqla həyata keçirilib və əvvəlki təcrübəmə əsasən deyə bilərəm ki, bu dəfə təşkilatçılıq daha da təkmilləşdirilmiş səviyyədədir. Bir sözlə, COP29 beynəlxalq əməkdaşlıqda və qlobal ekoloji problemlərin həllində çox vacib tədbirdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]