MADONNA GÖZƏLLİYİNİ NECƏ QORUYUB SAXLAYIR?
Gözəl bədən quruluşunu qoruyub saxlamaqda ona yoqa və italyan genləri kömək edir. Bu şou üçün səhnə geyimlərini hazırlamış modelyer Jan-Pol Qotye demişdir: “Yoqanın köməyi ilə Madonna 16 il əvvəl olduğu kimi geyinə bilir. Onun qüsursuz dərisi var”. Əsil adı Luiza Veronika Çikkone olan Madonna isə güman edir ki, öz cavanlığını və təravətini italyan genləri sayəsində qoruyub saxlayır. Onun atası ABŞ-a köçüb gəlmiş italiyalıdır.
Avqustun 16 –da 48 yaşını qeyd etməyə hazırlaşan müğənni “Vanity Fair” jurnalının italyan versiyasına müsahibəsində demişdir: “35 yaşından sonra sənin haqqında hər hansı məqalədə, ilk növbədə, yaşını xatırladırlar. Bu bir növ, sənin istedadını məhdudlaşdırmaq, yerini göstərmək usuludur. Mən fəal həyat tərzi sürürəm, idmanla çox məşğul oluram, dərimə qulluq edirəm və üstəlik, yaxşı italyan genlərim var”.
Vaxtilə özünü ictimaiyyətə “pis qız” kimi tanıdan Madonna indi ağıllanmışdır. Çox səs-küy salmış “Madonna ilə yataqda” adlı yarımsənədli, açıq-saçıq şəhvani filmi indi “onun yatağının” tamamilə başqa təsviri əvəzləyir: o, yataqda abır-həyalı ana kimi, iki övladı - 10 yaşlı Lurdes Mariya və 5 yaşlı Rokko ilə birlikdə uzanmışdır.
Müğənni bildirmişdir ki, uşaqları ilə daha çox vaxt keçirməyə çalışır və hətta qastrollar zamanı onlarla əlaqə saxlayır. Madonnanın əri, tanınmış ingilis rejissoru Qay Ritçi isə, əksinə, çəkilişlərə gedəndə “yoxa çıxır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]