Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mahir Emreli: Heç bir rəqibdən çəkinmirik – MÜSAHİBƏ

Mahir Emreli: Heç bir rəqibdən çəkinmirik –  MÜSAHİBƏ

Bakı, 23 avqust, AZƏRTAC

Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” komandasının futbolçusu Mahir Emreli Zaqreb təmsilçisindəki vəziyyəti, son vaxtlar ehtiyatda qalması və gələcək planları barədə AZƏRTAC-a müsahibə verib.

- “Dinamo” komandasında işləriniz necə gedir? Hazırkı vəziyyətinizdən razısınızmı?

- Hər şey qaydasındadır. İşlərimiz yaxşı gedir. Çempionlar Liqasında AEK-ə məğlubiyyəti saymasaq, hazırkı durum bizi qane edir. Xorvatiya çempionatına yaxşı başlaya bilmədik. Amma futbolda belə anlar da olur. Düşünürəm ki, vəziyyəti düzəltmək üçün həm zamanımız, həm də keyfiyyətimiz var.

- Bəzi matçlarda ehtiyatda qalırsınız. Ümumiyyətlə, oyun praktikası sizi qane edir?

- AEK-ə qarşı ilk matçda 45 dəqiqə oynamışam. Son dörd görüşün ikisində isə meydana əsas heyətdə çıxmışam. Fikrimcə, bu qarşılaşmalarda yaxşı oynamışam. Həm statistik, həm də oyun planı baxımından heç bir problem yaşamamışam.

- Daha çox oynamaq şansı qazanmaq üçün başqa komandaya keçmək fikriniz varmı?

- Variantlar hər zaman olub. Sadəcə, həmişə doğru addım atmağı düşünmüşəm. Həm mental, həm də futbol baxımından üzərimdə çox çalışmalı, daim hazır olmalıyam. Hazırda “Dinamo”nun futbolçusuyam, klubla 2026-cı ilədək müqaviləm var. Burada olduğum müddətdə yalnız öz komandamı düşünürəm. Təkliflər, digər məsələlər mənim yox, menecerlərimin və ailəmin məşğul olduğu işlərdir.

- Komandanız Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən, Yunanıstan AEK-inə uduzaraq mübarizəni erkən dayandırdı. Sizcə, mərhələni keçməyinizə nə mane oldu?

- Bu oyun haqqında çox danışmaq istəmirəm. Ani diqqətsizliklər vəziyyətin bu yerə gəlib çıxmasına şərait yaratdı.

- Avropa Liqasının pley-off mərhələsində rəqibiniz Çexiyanın “Sparta” (Praqa) komandası olacaq. Bu oyunlardan nə gözləyirsiniz?

- Rəqibi diqqətlə analiz edib, oyunlara hazırlaşmalıyıq. “Sparta” çox yaxşı komandadır. Təlim-məşq toplanışında onlara qarşı oynamışıq. Bizi ağır qarşılaşma gözləyir. Rəqib xarakterli, fiziki cəhətdən güclü və keyfiyyətli futbolçulardan ibarət kollektivdir. Asan olmayacaq. Qrup mərhələsinə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- İki gün öncə “Dinamo”da baş məşqçi dəyişikliyi oldu. Klub rəhbərliyi İqor Bişçanı Sergey Yakiroviçlə əvəzlədi. Bu dəyişiklik barədə fikirlərinizi bilmək maraqlı olardı...

- Bu barədə bir söz deyə bilmərəm. Çünki yeni baş məşqçini tanımıram. Hər şeyi zaman göstərəcək. Sadəcə, əvvəlki statistik məlumatları ilə tanışıq. Gördüyü yaxşı işləri bilirik. Ümid edirəm ki, burada da işi uğurlu alınar. Biz futbolçuyuq, öz işimizi görməliyik.

- Qarşıda Azərbaycan millisini iki oyun gözləyir. Yığma sentyabrın 9-da Belçika ilə AVRO-2024-ün seçmə mərhələ oyununa, bundan üç gün sonra isə İordaniya ilə yoldaşlıq matçına çıxacaq. Xüsusilə, Belçikaya qarşı oyun barədə nə deyə bilərsiniz?

- Belçika yığmasının adı çox şeydən xəbər verir. Bu matçda daha məsuliyyətli oynamalıyıq. Çünki rəsmi oyundur. Yaxşı nəticə əldə etməyə çalışmalıyıq. Nə olursa-olsun, heç bir rəqibdən çəkinmirik. Evdə oynayacağıq, əlimizdən gələnin ən yaxşısını etməliyik. Bunun üçün isə mental olaraq hazır olmaq lazımdır.

- Rəqibin adı, futbolçularının keyfiyyəti hansısa narahatlıq yaradırmı?

- Əlbəttə ki, yox. Heç bir yığmadan çəkinmək lazım deyil. Oynadığımız komandanın kimliyi çox da önəm daşımır. Bəlkə də “Dinamo”da oynadığımdan bu məsələ mənim üçün daha vacibdir. Çünki komandamızda Xorvatiya, Şimali Makedoniya və digər yığmalardan oyunçular var. Xorvatiya seçməsinin nəticələri göz önündədir. Şimali Makedoniya İtaliya kimi komandanı məğlub edib. Heç kim düşünməsin ki, Mahir milli komandada əlindən gələni etmir. Əksinə, daha çox yığmada bütün gücümü ortaya qoymağa çalışıram. Çünki “Dinamo”ya qayıtdıqdan sonra burada həmin oyunların, kimin necə oynamasının söhbətləri gedir. Daim izləyirlər. Öz ölkənin millisində yaxşı nəticə qazanmalısan ki, bir-iki kəlmə də sən danışa biləsən. Bu baxımdan yığmadakı nəticə mənim üçün çox önəmlidir. Heç bir oyuna qorxa-qorxa, məğlub olmaq üçün çıxmırsan. İstənilən rəqibi məğlub etmək mümkündür. Belçika həmin vaxt öz günündə olmaya bilər, və ya biz daha ideal oyun göstərə bilərik. Nəticədən asılı olmayaraq, meydanda əlindən gələni etməli və gözəl oyun sərgiləməlisən. Qoy, azarkeşlər də desinlər ki, Belçika kimi komandaya qarşı layiqli mübarizə apardılar.

- Bəs, İordaniya ilə yoldaşlıq matçı barədə nə düşünürsünüz?

- Bu komanda barədə geniş məlumatım yoxdur. Ona görə necə komanda olduğunu deyə bilmərəm. Yəqin ki, millinin düşərgəsində olduğumuz müddətdə bu komandanı da analiz edəcəyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək