Makron: Fransa bu ilin sonunadək Nigerdən qoşunlarını çıxaracaq
Bakı, 25 sentyabr, AZƏRTAC
Fransa Nigerdə hakimiyyəti ələ keçirmiş üsyançılarla hərbi əməkdaşlıqdan imtina edir və bu Afrika ölkəsindən qoşunlarını çıxarmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron “TF1” telekanalına müsahibəsində deyib.
“Biz hazırkı Niger hakimiyyət orqanları ilə hərbi əməkdaşlığa son verəcəyik, çünki onlar artıq terrorla mübarizə aparmaq istəmirlər. Qarşıdakı həftələr və aylarda qoşunların nizamlı şəkildə çıxarılması zəruridir", - deyə E.Makron Niameydəki bazadan hərbçilərin çıxarılmasına münasibət bildirərkən söyləyib.
O, qoşunların tam çıxarılmasının bu ilin sonuna qədər baş tutacağını açıqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]