Azərbaycan Dövlət İnformasiya Agentliyi

MALİYYƏ NAZİRİ SAMİR ŞƏRİFOVUN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

Yola saldığımız 2007-ci il dövlətimizin siyasi və iqtisadi qüdrətinin artması, milli maraqlarımızın beynəlxalq miqyasda təmin edilməsi, xalqın rifah halının yaxşılaşdırılması, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi, həyata keçirilmiş işlərin, əldə edilmiş nailiyyətlərin həcmi baxımından ölkəmizin müasir tarixinə olduqca uğurlu və zəngin bir il kimi daxil olacaqdır. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev tərəfindən 2003-cü ildə irəli sürülmüş iqtisadiyyatın inkişaf templərinin sürətləndirilməsi strategiyasının son 4 il ərzində ardıcıl surətdə həyata keçirilməsi əvvəlki illərdə olduğu kimi, 2007-ci ildə də ökəmizin davamlı dinamik inkişafını şərtləndirmişdir.

İlkin məlumatlara əsasən 2007-ci ildə də ümumi daxili məhsulun istehsalı yüksək olmuş və 24,6 milyard manata çatmışdır. Bu isə 2006-cı illə müqayisədə 24,7 faiz səviyyəsində real artım deməkdir. Qeyri-neft sektoru üzrə artım 11 faiz təşkil etmişdir. Təhlil göstərir ki, ötən il də daxil olmaqla son 4 ildə ölkə iqtisadiyyatı təxminən 2 dəfə, onun qeyri-neft sektoru 1,8 dəfə artmışdır.

Ölkəmizin maliyyə mövqeyi də xeyli möhkəmlənmişdir. 2007-ci ildə 2003-cü illə müqayisədə icmal və dövlət büdcələri xərclərinin dəfələrlə, dövlət investisiya qoyuluşunun həcminin isə 20 dəfədən çox artmasına baxmayaraq, dövlətin məcmu valyuta ehtiyatlarının davamlı artımı təmin edilmiş - onların məbləği 4,5 dəfə artaraq 7,2 milyard ABŞ dollarını üstələmişdir. Təkcə Dövlət Neft Fondunun vəsaitlərinin məbləği ötən il ərzində 1 milyard ABŞ dolları həcmində artmışdır. Bununla da ulu öndər Heydər Əliyevin Dövlət Neft Fondunu yaradarkən müəyyən etdiyi strateji vəzifənin - neft gəlirlərinin nəsillərarası ədalətli bölgüsü, Azərbaycanın bugünkü və gələcək nəsillərinə xidmət etməsi vəzifəsinin əməli icrası təmin olunur.

Ölkənin artan gəlirlərinin hər bir Azərbaycan vətəndaşı tərəfindən gündəlik həyatında hiss etməsi amalı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi və həyata keçirdiyi sosial-iqtisadi kursun əsas qayəsini təşkil edir. 2007-ci il də daxil olmaqla son 4 il ərzində ölkə əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması, onların rifahının yüksəldilməsi istiqamətində olduqca böyük işlər görülmus, əhəmiyyətli irəliləyişə nail olunmuşdur.

Əhalinin sayının 4,5 faiz artması şəraitində 2007-ci ilin sonuna yoxsulluğun səviyyəsi 2003-cü ilə nisbətən 2,5 dəfə azalmışdır. 2003-cü ildə ölkə əhalisinin təxminən 45 faizi yoxsulluq şəraitində yaşayırdısa, hazırda bu kateqoriyaya əhalinin yalnız 16 faizi aid olunur. Sözsüz ki, yoxsulluğun kəskin azaldılmasında Prezident İlham Əliyevin Azərbaycanda yeni iş yerlərinin yaradılması, regionların sosial-iqtisadi inkişafı proqramlarının uğurla həyata keçirilməsi müstəsna rol oynamışdır. 2007-ci ildə ölkəmizdə 145 min yeni, o cümlədən 105 min daimi iş yeri açılmışdır. Bütövlükdə isə 2003-cü ilin oktyabrından 2007-ci ilin sonunadək olan dövr ərzində 642 min yeni iş yeri yaradılmışdır.

2007-ci ildə əhalinin rifahının yaxşılaşdırılması, büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması üçün ölkəmizin Prezidenti tərəfindən bir sıra sərəncamlar imzalanmışdır. İmzalanmış sərəncamlarla minimum aylıq əmək haqqının, əmək pensiyalarının baza hissəsinin məbləğləri 50 manata çatdırılmış, büdcə təşkilatlarında çalışanların və dövlət qulluqçularının aylıq əmək haqları orta hesabla 25 faiz, Milli Elmlər Akademiyasının tabeliyində olan elmi tədqiqat müəssisələrində çalışanların əmək haqqı 50 faiz, aspirantlara, ali, orta ixtisas, peşə məktəbləri və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin aylıq məbləği orta hesabla 50 faiz, məcburi köçkünlərə verilən aylıq müavinətin məbləği 50 faiz artırılmışdır.

Əhalinin rifahını səciyyələndirən göstəricilərdə də müsbət artım dinamikası müşahidə edilir. Belə ki, adambaşına düşən pul gəlirləri 2007-ci ilin sonuna əvvəlki illə müqayisədə 38,0 faiz artaraq 1670 manata, orta aylıq əmək haqqı 42,0 faiz artaraq 214 manata, təyin olunmuş aylıq pensiyanın orta məbləği 44,0 faiz artaraq 59 manata çatmışdır.

Dövlət başçısının 2007-ci ilin sonunda imzaladığı sərəncamlarla 2008-ci il üçün minimum əmək haqqının və pensiyanın minimum məbləğinin həddi 60 manata çatdırılmışdır.

2007-ci il məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də vacib mərhələ olmuşdur. İl ərzində məcburi köçkünlərin yeni, hər cür sosial infrastruktura malik qəsəbələrə köçürülməsi məqsədlərinə 154 milyon manat vəsait sərf olunmuş, son çadır düşərgəsi ləğv edilməklə Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmamasına dair ölkəmizin Prezidentinin tapşırığı tam icra edilmişdir.

2007-ci ilin iqtisadi və geosiyasi nöqteyi-nəzərindən önəmli hadisələri sırasına Azərbaycanın enerji təminatının tam həcmdə öz daxili imkanları hesabına ödənilməsi barədə Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş qərar da daxil olunmalıdır.

Bəzi xarici maraq dairələrinin ədalətdən uzaq mövqelərinə baxmayaraq, 2007-ci ilin ilk günlərindən Azərbaycana Rusiyadan qaz idxalı nəinki dayandırılmış, eyni zamanda ölkəmizdən qonşu Gürcüstana və Türkiyəyə qaz ixracına başlanılmışdır.

Ötən ilin digər vacib hadisəsi kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin yeni mexanizminin tətbiq olunmasıdır.

Ölkəmizin Prezidentinin Sərəncamına əsasən 2007-ci ilin dövlət büdcəsindən 80,0 milyon manat vəsaitin ayrılması hesabına ötən il 598 min 806 nəfər fiziki və 12 hüquqi şəxsə əkin sahəsinin becərilməsində istifadə edilmiş yanacaq və motor yağlarına, mineral gübrələrin güzəştlə satılmasına, buğda istehsalçılarına səpilən hər hektar sahəyə görə yardımın (40 manat) verilməsi təmin edilmiş, bu məqsədə 68,9 milyon manat vəsait sərf olunmuşdur. İlkin məlumatlara əsasən kənd əməkçilərinə edilmiş bu yardımların təzahürü olaraq əvvəlki ilə nisbətən kənd təsərrüfatı məhsulları üzrə bütövlükdə əkilən sahə (əkin dövriyyəsi) 2,0 min hektar, payızlıq taxıl və buğda sahələri isə 261 min hektar artmışdır.

Sahibkarlığın, o cümlədən aqrar sektorda sahibkarlığın inkişafına dövlət qayğısı daha da artırılmış, fermer təsərrüfatlarına mikrokreditlərin verilməsi, lizinq xidmətinin göstərilməsi istiqamətində mühüm addımlar atılmış, 2007-ci il icmal büdcəsində Sahibkarlığa Kömək Milli Fonduna nəzərdə tutulmuş 80,0 milyon manat, «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinə nəzərdə tutulmuş 40,0 milyon manat, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə nəzərdə tutulmuş 5,0 milyon manat vəsaitlərin təyinatı üzrə istifadəsi təmin edilmişdir.

Dövlətimizin başçısının ölkə əhalisinin sağlamlığının qorunması, tibb xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, səhiyyənin maliyyələşdirilməsinin yeni iqtisadi əsaslar üzərində qurulması, Azərbaycanda müasir beynəlxalq təcrübəyə uyğun icbari tibbi sığorta sisteminin və onu idarə edən mexanizmin yaradılmasını əhatə edən, səhiyyə sahəsində köklü islahatların həyata keçirilməsinin əsas istiqamətlərini müəyyən edən sərəncamları yola saldığımız ilin mühüm nəticələrindən biridir.

İqtisadiyyatda müşahidə olunan sıçrayışlı artım 2007-ci ilin dövlət və icmal büdcələrinin göstəricilərində də özünü aydın şəkildə büruzə vermişdir.

2003-cü illə müqayisədə 2007-ci ildə dövlət büdcəsinin cari xərcləri üzrə müdafiə xərcləri 6 dəfə, səhiyyə xərcləri 4,7 dəfə, kənd təsərrüfatı xərcləri 4,6 dəfə, mədəniyyət, incəsənət, bədən tərbiyəsi və idman xərcləri 3,1 dəfə, təhsil xərcləri 3,1 dəfə, sosial müdafiə və sosial təminat xərcləri 2,8 dəfə, mənzil-kommunal təsərrüfatı xərcləri 3,1 dəfə artmışdır.

2007-ci ildə dövlət büdcəsinin mədaxil proqnozu 5 milyard 771 milyon manata qarşı 6 milyard 7 milyon manat və ya 104,1 faiz icra olunmuşdur. Bu da 2006-cı ilə nisbətən 2,2 milyard manat və ya 55,3 faiz çoxdur.

Vergilər Nazirliyi tərəfindən 4 milyard 240 milyon manat proqnoza qarşı icra 4 milyard 511 milyon manat və ya 106,4 faiz olmuşdur ki, bu da proqnoza nisbətən 271 milyon manat, 2006-cı illə müqayisədə isə 1,8 milyard manat və ya 69,3 faiz çoxdur.

Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,3 faiz əməl edilməklə dövlət büdcəsinə 772,0 milyon manat vəsait daxil olmuşdur ki, bu da 2006-cı illə müqayisədə 256,0 milyon manat və ya 49,6 faiz çox deməkdir.

Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş məbləğdə, yəni 585,0 milyon manat vəsait daxil olmuşdur.

2007-ci il dövlət büdcəsinin xərcləri 6 milyard 59 milyon manat və ya 95,9 faiz icra edilsə də, 2006-cı illə müqayisədə 2,3 milyard manat və ya 59,9 faiz çox olmuşdur. İl ərzində dövlət büdcəsinin artımının məbləği isə 2003-cü ilin dövlət büdcəsini 2 dəfəyədək üstələmişdir.

2006-cı ilə nisbətən 2007-ci ildə dövlət büdcəsi gəlirlərinin ümumi daxili məhsulda xüsusi çəkisi 3,0 faiz artaraq 24,1 faiz, xərcləri isə 3,6 faiz artaraq 24,6 faiz təşkil etmişdir.

2007-ci ildə də sosialyönümlü tədbirlər üzrə xərclərin maliyyələşdirilməsi diqqətdə olmuş, bu məqsəd üçün 1 milyard 669 milyon manat vəsait sərf edilmişdir ki, bu da 2006-ci illə müqayisədə 620,0 milyon manat və ya 59,0 faiz çoxdur.

Bu qəbildən olan dövlət investisiya qoyuluşu xərcləri isə 382,0 milyon manat təşkil etmişdir ki, bu da 2006-cı illə müqayisədə 286,0 milyon manat və ya 4,0 dəfə çoxdur.

2007-ci ildə 2006-cı illə müqayisədə dövlət büdcəsinin cari xərclərində sosialyönümlü tədbirlər üzrə xərclərin tərkib hissəsi olan sosial müdafiə və sosial təminat xərcləri 1,7 dəfə, səhiyyə xərcləri 1,6 dəfə, təhsil xərcləri 1,5 dəfə, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərcləri 1,4 dəfə artmışdır.

Dövlət büdcəsi xərclərinin strukturu üzrə 2007-ci ildə 2006-cı ilə nisbətən sənaye və tikinti xərcləri 2,2 dəfə, aqrar və ətraf mühitin mühafizəsi xərcləri 1,9 dəfə, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri 1,5 dəfə, mənzil və kommunal təsərrüfatı xərcləri 1,5 dəfə, müdafiə xərcləri 1,3 dəfə, ümumi dövlət xidməti xərcləri 1,2 dəfə çox olmuşdur.

Ölkəmizin beynəlxalq münasibətlərdə mövqelərinin möhkəmlənməsi, Prezident İlham Əliyevin beynəlxalq aləmdə sürətlə artan nüfuzunun məntiqi nəticəsi kimi respublikamızda bir sıra mötəbər beynəlxalq tədbirlərin keçirilməsi, İsveç və Niderland krallıqlarında, Çex və Litva respublikalarında, Qətər Dövlətində, Qırğızıstanda və Tacikistanda yeni səfirliklərimizin təsis edilməsi xərcləri, bir sıra dövlətlərdə baş vermiş təbii və humanitar fəlakətlərin aradan qaldırılması ilə bağlı dövlət büdcəsindən maliyyə yardımları ayrılmışdır.

2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan həlli vacib hesab olunan tədbirlərin maliyyələşdirilməsinə 96,7 milyon manat vəsait sərf edilmişdir.

Bu mənbədən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti üçün yeni təcili yardım avtomaşınlarının alınmasına (12,0 milyon manat), Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik müavinətin ödənilməsinə (3,5 milyon manat), Bakı şəhər Bilgəh-Şüvəlan zonası və Pirallahı adasının sahilboyu zolağında, Kür və Araz çaylarının sularından istifadə edən 100 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına (6,5 milyon manat), qəza vəziyyətində olan bir sıra ümumtəhsil məktəblərinin yeni binalarının tikilməsinə, mövcud binalarda bərpa və əsaslı təmir işlərinin aparılmasına (14,0 milyon manat), Neftçala, Hacıqabul, Yevlax və Qobustan rayon və şəhərlərinin sosial-iqtisadi inkişafı istiqamətində görülən tədbirlərin həyata keçirilməsinə (5,0 milyon manat), mərkəzləşdirilmiş qaydada xüsusi təyinatlı kommunal texnikasının alınmasına (25,0 milyon manat) və digər tədbirlərə vəsait ayrılmışdır.

2007-ci ildə dövlət büdcəsinin ehtiyat fondundan dövlət büdcəsində nəzərdə tutulmayan bir sıra tədbirlərin maliyyələşdirilməsinə 42,6 milyon manat vəsait ayrılmışdır.

Möhtərəm cənab Prezident!

Son illər dövlət büdcə xərclərinin bir neçə dəfə artması hesabına iqtisadiyyata sərmayələrin qoyulmasına üstünlük verilməsi ilə səciyyələnmişdir.

Belə ki, 2003-cü ilə nisbətən 2007-ci ildə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşuna 22 dəfə çox və ya 1 milyard 904 milyon manat vəsait yönəldilmişdir. Bu artım hesabına ölkəmizin prioritet sosial yönümlü infrastrukturunun yaradılması və yenidən qurulması ilə bərabər, fiziki infrastruktur, mədəniyyət, idman təyinatlı layihələrin maliyyələşdirilməsi mümkün olmuşdur.

Ötən il investisiya xərclərindən sosial təyinatlı layihələrə 382,0 milyon manat, o cümlədən təhsil obyektlərinin tikintisinə və təmirinə 93,0 milyon manat, səhiyyə obyektlərinin tikintisi və yenidən qurulmasına 59,4 milyon manat vəsait sərf edilmişdir.

Mədəniyyət obyektlərinin tikintisi və əsaslı təmirinə 67,5 milyon manat, gənclər və idman obyektlərinin tikintisinə 57,3 milyon manat vəsait xərclənmişdir.

2006-cı ildə infrastruktur təyinatlı layihələrə 863,4 milyon manat, o cümlədən ölkədə yol-nəqliyyat infrastrukturunun yenidən qurulmasına 328,1 milyon manat, Bakı şəhərində nəqliyyat problemlərinin həlli istiqamətində görülən tədbirlərin davamı kimi yöl ötürücülərinin və yeraltı keçidlərin tikintisinə 162,8 milyon manat, metronun «Şimal» hissəsinin tikintisinə və buraxılış kompleksinin istifadəyə verilməsinə 42,5 milyon manat, Bakı Metropoliteni üçün vaqonların alınmasına 14,2 milyon manat, metronun «28 May» və «Bakı Soveti» stansiyalarının əsaslı təmirinə və yenidən qurulmasına 9,9 milyon manat sərf olunmuşdur.

Ölkəmizin enerji təhlükəsizliyini və ölkə regionlarının elektrik enerjisinə və qaza olan tələbatını təmin etmək məqsədi ilə modul tipli 2 elektrik stansiyasının tikintisinə 79,8 milyon manat, paylayıcı elektrik şəbəkəsinin yenidən qurulmasına 10,0 miylon manat, Lerik, Yardımlı və Ağcabədi rayonlarının qazlaşdırılmasına 21,0 milyon manat vəsait yönəldilmişdir.

2007-ci ildə meliorativ işlərin yerinə yetirilməsinə, meliorasiya və su təsərrüfatı obyektlərinin, içməli su təminatı və kanalizasiya sistemlərinin tikintisi və təmirinə 134,6 milyon manat vəsait yönəldilmişdir.

2007-ci ilin sonuna xarici valyutada ifadə edilmiş dövlət borcumuz ümumi daxili məhsulun 8,3 faizinə bərabər olmuş, adambaşına xarici dövlət borcumuz isə 262,0 ABŞ dolları təşkil etmişdir.

Dövlət zəmanəti ilə alınmış xarici kreditlərin istifadə istiqamətləri üzrə bölgüsündə iqtisadi islahatlar üçün cəlb edilən kreditlər 11,7 faiz, layihə kreditləri 88,3 faiz, o cümlədən elektrik enerjisi sektoru üzrə 30,7 faiz, yol tikintisi və nəqliyyat sektoru üzrə 26,6 faiz, kənd təsərrüfatı və meliorasiya üzrə 6,4 faiz, sosial sahələr üzrə 13,1 faiz, neft və qaz sektorları, kimya sənayesi üzrə 4,6 faiz, digər sahələr üzrə 6,8 faiz təşkil etmişdir.

2007-ci ildə qəbul edilmiş 2008-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son dörd il ərzində ölkəmizin sosial-iqtisadi inkişafında əldə edilən nailiyyətlərin davam etdirilməsini nəzərdə tutan, dövlət büdcəsinin müəyyən etdiyi əsas prioritetləri və hədəfləri özündə əks etdirən sosial-iqtisadi kursun həyata keçirilməsi üçün müvafiq kəmiyyət və keyfiyyət təminatını yaradır.

Son dörd ildə görülən işlər, əldə edilən nailiyyətlər bu sosial-iqtisadi kursa alternativin olmaması, onun Prezident İlham Əliyevin rəhbərliyi ilə 2008-ci ildə və sonrakı dövrdə də davam etdirilməsinin, Azərbaycan xalqının maraqlarına tam cavab verməsinin zəruriliyini şərtləndirmişdir.

Cənab Prezident!

Çıxışımın sonunda icazə verin, Sizi əmin edim ki, bugünkü müşavirədə verəcəyiniz tapşırıqlar da nəzərə alınmaqla ölkə iqtisadiyyatı üçün müəyyən etdiyiniz strateji inkişaf xətti, sosial-iqtisadi kursunuzu Maliyyə Nazirliyinin kollektivi 2008-ci büdcə ilində xüsusi əzm və peşəkarlıqla həyata keçirəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb