Maliyyə Nazirliyi dövlət maliyyəsinin idarəedilməsi sahəsində islahatlara beynəlxalq şirkətin cəlb edilməsində maraqlıdır

Bakı, 10 aprel, AZƏRTAC
Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru Nazim Qasımzadə “Oliver Wyman” beynəlxalq məsləhətçi şirkətinin Azərbaycan üzrə rəhbəri Camal İsmayılov ilə görüşüb.
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə dövlət maliyyəsinin idarəedilməsi, büdcə planlaşdırılması və icrası, vergi siyasəti, rəqəmsal maliyyə texnologiyaları və dövlət borcunun idarə olunması sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.
C.İsmayılov “Oliver Wyman” şirkətinin maliyyə və iqtisadiyyat sahəsində geniş təcrübəsindən bəhs edib, Azərbaycandakı ofisin şirkətin MDB və Orta Asiya ölkələrində həyata keçirilən layihələrinin regional ofisi olduğunu bildirib.
N.Qasımzadə Maliyyə Nazirliyinin dövlət maliyyəsinin idarəedilməsi sahəsində aparılan islahatlara, həyata keçirilən layihələrə “Oliver Wyman” şirkətinin ekspertlərinin cəlb edilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə tərəflər arasında əməkdaşlığın qurulması və qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2025 [16:21]
Masallıda 23 kilometrlik avtomobil yolunun yenidən qurulmasına başlanılıb
- 24.04.2025 [16:03]
AZAL daha iki kurort şəhərinə uçuşlara başlayır
- 24.04.2025 [15:40]
Xəzər marşrutu – energetika logistikasında çağırışlar və həllər
- 24.04.2025 [15:01]
“Azərkosmos” və “Türksat” arasında Anlaşma Memorandumu imzalanıb
- 24.04.2025 [14:45]
® “AzInTelecom” Kosmik Texnologiyalar Konfransında iştirak edir
Qubada 3 nəfəri it dişləyib
- [16:11]
İsmayıllı rayonunda zəlzələ olub
- [14:56]
Fransada 636 iş yeri ləğv edilir
- [14:50]